Ağcabədidə itkin düşdüyü ehtimal olunan yeniyetmənin meyiti tapılıb Hadisə

Ağcabədidə itkin düşdüyü ehtimal olunan yeniyetmənin meyiti tapılıb

Ağcabədidə itkin düşdüyü ehtimal olunan yeniyetmənin meyiti tapılıb.

APA xəbər verir ki, bu barədə FHN-in Mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, fevralın 6-da Yuxarı Qarabağ kanalının Ağcabədi rayonu, Xocavənd kəndindən keçən hissəsində batmış 2008-ci il təvəllüdlü Həsənov Adil Əkbər oğlunun meyiti Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin Aran dalğıc-axtarış qrupu tərəfindən suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.