![Bu ölkə prezidentləri Bakıya gəlir - Forum olacaq](https://xalqcebhesi.az/media/2025/02/07/225x136/baki_2017-3.jpg)
![Bu ölkə prezidentləri Bakıya gəlir - Forum olacaq](https://xalqcebhesi.az/media/2025/02/07/225x136/baki_2017-3.jpg)
6 Fevral 17:09
"Azərpoçt"un ölkə üzrə 20 regional poçt filialı və 688 poçt şöbəsi fəaliyyət göstərir.
"APA-Economics" xəbər verir ki, bunu "Azərpoçt"un 2024-cü ilin yekunlarına dair brifinqində qurum sədrinin vəzifələrini icra edən İsi Mustafayev deyib.
O bildirib ki, qurumun Bakıda 4 poçt filialı və 135 şöbəsi, işğaldan azad olunmuş regionlarımızda isə 11 poçt filialı, 28 poçt şöbəsi mövcuddur.
İ.Mustafayev qeyd edib ki, bu ildən Füzuli şəhərində MiDA kompleksinin ərazisində poçt şöbəsi fəaliyyətə başlayıb:
"Yanvar ayında Şuşada poçt şöbəsi istifadəyə verilib. Növbəti mərhələdə Laçın, Cəbrayıl, Əsgəranda poçt şöbələri fəaliyyətə başlayacaq".