Azərbaycan hərbçilərinin iştirak etdiyi təlim başa çatdı Hadisə

Azərbaycan hərbçilərinin iştirak etdiyi təlim başa çatdı

Azərbaycan hərbçilərinin iştirak etdiyi "Qış təlimi - 2025" beynəlxalq təlimləri başa çatıb.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Təlimlərdə Azərbaycan, ABŞ, Banqladeş, Bosniya və Herseqovina, Gürcüstan, İtaliya, Pakistan, Qazaxıstan, Şimali Makedoniya, Bolqarıstan, Fransa, İngiltərə, Liviya, Monqolustan, Niger, Tacikistan və İordaniyadan 199, Türkiyədən isə 12 min şəxsi heyət iştirak edib.

Qeyd edək ki, təlimlər yanvarın 20-dən davam edirdi.