Naxçıvanda Yeni Kərki kəndi ərazisində hərbi sursat aşkar edilib Hadisə

Naxçıvanda Yeni Kərki kəndi ərazisində hərbi sursat aşkar edilib

Polis əməkdaşları tərəfindən Kəngərli rayonu, Yeni Kərki kəndi ərazisində hərbi sursat aşkar edilib.

Xalqcebhesi.az xəbər verir ki, məlumatla əlaqədar dərhal Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin pirotexnikləri hadisə yerinə cəlb edilib.

Ətraflı
Hüquq-mühafizə orqanı əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə baxış zamanı aşkar edilmiş sursatlarının 1 ədəd 120 mm-lik, 1 ədəd 75 mm-lik top mərmisi və 2 ədəd 30 mm-lik AQS mərmisi olduğu müəyyən edilib.

Sursatlar pirotexniklər tərəfindən zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb.

Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.

Naxçıvanda Yeni Kərki kəndi ərazisində hərbi sursat aşkar edilibNaxçıvanda Yeni Kərki kəndi ərazisində hərbi sursat aşkar edilib