![Putin xaos yaradır: Kreml Bakıya qara təbliğata başladı](https://xalqcebhesi.az/media/2025/02/10/225x136/putin-yeni-sovbez-ts.jpg)
![Putin xaos yaradır: Kreml Bakıya qara təbliğata başladı](https://xalqcebhesi.az/media/2025/02/10/225x136/putin-yeni-sovbez-ts.jpg)
Bərdədə polisin keçirdiyi əməliyyat tədbiri zamanı 3 kiloqram tiryək aşkarlanıb.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan APA-ya verilən məlumata görə, Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbiri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən, əvvəllər məhkum olunmuş Ağaxan Sabirov saxlanılıb.
Onun yaşadığı ünvandan 3 kiloqramdan artıq tiryək aşkarlanıb. Həmin şəxs narkotikləri satış məqsədi ilə əldə etdiyini bildirib.
Faktla bağlı cinayət işi başlanılıb, A.Sabirov barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.