![Tramp Qafqazı güzəştə gedəcək, Zəngəzur açılacaq – Sərkisyan](https://xalqcebhesi.az/media/2025/02/10/225x136/tramp-yeni.jpg)
Tramp Qafqazı güzəştə gedəcək, Zəngəzur açılacaq – Sərkisyan
10 Fevral 23:24
10 Fevral 23:24
10 Fevral 21:24
10 Fevral 21:24
10 Fevral 19:40
"Yağıntılı havalarda nəqliyyat vasitəsini yüksək sürətlə idarə etmək, lazımi ara məsafəsi saxlamamaq, yolun sürüşkən olması və əyləc sistemindən düzgün istifadə etməmək qəzalara səbəb olur".
APA xəbər verir ki, bu barədə Daxili İşlər Naziriliyinin Nəqliyyatı İntelektual İdarəretmə Mərkəzinin müraciətində deyilir.
Bildirilib ki, paytaxtda müxtəlif vaxtlarda müşahidə kameralarına düşən bu hadisələr bəzi sürücülərin belə havalarda qeyd edilən nüanslara diqqət yetirmədiklərini göstərir: "Qəzaların baş verməsi və texniki nasaz nəqliyyat vasitələrinin yolda qalması isə qeyri-pik saatlarda belə, sıxlıq olmayan yollarda nəqliyyatın hərəkətində problemlər yaradır. Bəs hansı qaydalara əmək etmək tövsiyə olunur?
Sürücülər yola çıxmazdan əvvəl nəqliyyat vasitəsinin təkərlərinin, şüşə təmizləyicilərinin və işıqlandırma cihazlarının sazlığını yoxlamalıdırlar. Hərəkət zamanı nəqliyyat vasitəsini müəyyən edilmiş məhdudiyyətdən artıq olmayan sürətlə, hətta yolun sürüşkən vəziyyətini nəzərə alıb nisbətən aşağı sürətlə idarə etməli, ara məsafəsini isə daha böyük götürməlidirlər. Yağıntılı havalarda yolda sürüşmə riski çox olduğundan təhlükəli manevrlərdən çəkinmək lazımdır".
NİİM qarşıdakı günlərdə və aylarda yağmurlu hava şəraitinin olacağını nəzərə alaraq, sürücüləri yollarda daha diqqətli olmağa və göstərilən qaydalara əməl etməyə çağırır.