Bu həftə Əfv Komissiyasının iclası keçiriləcək Hadisə

Bu həftə Əfv Komissiyasının iclası keçiriləcək

Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının iclasları başlayır.

Bu barədə APA-ya komissiyanın üzvü Əliməmməd Nuriyev məlumat verib.

Komissiyanın ilk iclasının fevralın 12-də keçiriləcəyi gözlənilir.

Qeyd edək ki, komissiyanın iclaslarının nəzərdə tutulan əfvlə bağlı keçirildiyi bildirilir.