“Cip”ə əyləşib sürücünün pulunu ələ keçirdilər - Video Hadisə

“Cip”ə əyləşib sürücünün pulunu ələ keçirdilər - Video

Fevralın 7-si gecə saatlarında paytaxtın Nizami rayonu ərazisində 30 yaşlı bir kişiyə qarşı quldurluq cinayəti törədilib.

Bu barədə Xalqcebhesi.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Zərərçəkən polisə müraciət edərək bildirib ki, idarə etdiyi “Cip” (JEEP) markalı avtomobildə əyləşən şəxslər onu kəsici-deşici alətlə hədələyərək 235 manat pulunu və mobil telefonunu ələ keçiriblər.

Bildirilib ki, Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsi əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərin gedişi çərçivəsində hadisə baş verən ərazidə təhlükəsizlik kameralarının görüntüləri təhlil edilib.

Nəticədə, quldurluq əməlini törətməkdə şübhəli bilinən 21 yaşlı Emil Abbaszadə, 24 yaşlı Rauf Salmanzadə, 24 yaşlı Tural Eyvazov və 23 yaşlı Mirsaleh Həsənov müəyyən olunaraq saxlanılıblar.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.