![Tramp Qafqazı güzəştə gedəcək, Zəngəzur açılacaq – Sərkisyan](https://xalqcebhesi.az/media/2025/02/10/225x136/tramp-yeni.jpg)
Tramp Qafqazı güzəştə gedəcək, Zəngəzur açılacaq – Sərkisyan
10 Fevral 23:24
10 Fevral 23:24
10 Fevral 21:24
10 Fevral 21:24
10 Fevral 19:40
16:48
Bugün saat 15 radələrində Bakı-Şamaxı avtomobil yolunun Qobustan rayonunun ərazisindən keçən hissəsində “Hunday” markalı avtomobil idarəetmədən çıxaraq aşıb.
Xalqcebhesi.az xəbər verir ki, hadisə nəticədə avtomobildə olan sərnişinlərdən biri ölüb.
Həmçinin sürücü, 32 yaşlı Əli Mahmudov və daha bir sərnişin isə xəsarət alıb.
DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, ölüm və xəsarətlərlə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
***
Bu gün Qobustanda baş verən yol-nəqliyyat hadisəsi zamanı bir nəfər ölüb, iki nəfər xəsarət alıb.
Bunu Oxu.az-a açıqlamasında Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) rəsmisi, polis polkovnik-leytenantı Mübariz Ağayev deyib.
"Hadisə Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 81-ci km-də, Mərəzə şəhəri ərazisində baş verib. Şamaxı rayon sakini Əli Kamil oğlu Mahmudov idarə etdiyi "Hunday Sonata" markalı, 90 BA 765 dövlət nömrə nişanlı avtomobilin idarəetməsini sərt döngədə itirib və nəticədə avtomobil yoldan çıxaraq aşıb. Hadisə nəticəsində sürücünün anası Ramidə Mahmudova hadisə yerindəcə həyatını itirib. Sürücü və digər sərnişini Səbinə Sabit qızı Mahmudova xəsarət alıblar.
İlkin ehtimala görə hadisənin baş verməsinə səbəb yüksək sürət və sürücü diqqətsizliyi olub", - deyə M.Ağayev bildirib.
O qeyd edib ki, BDYPİ sürücülərdən bir daha yollardakı sürət həddinə əməl etməyi, özlərinin və yaxınlarının həyatını təhlükəyə atmamağı tələb edir.