Tovuzda hündürlükdən yıxılan 33 yaşlı kişi xəstəxanada ölüb Hadisə

Tovuzda hündürlükdən yıxılan 33 yaşlı kişi xəstəxanada ölüb

Tovuzda bədbəxt hadisə baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, fevralın 12-də Qovlar şəhəri ərazisində Cilovdarlı kənd sakini 33 yaşlı Murad Hüseynov hündürlükdən yıxılıb. Xəstəxanaya yerləşdirilmiş M.Hüseynov orada ölüb.

Faktla bağlı rayon prokurorluğu tərəfindən araşdırmalar aparılır.