![“Bu, tamamilə yeni üfüqlər yaradır”](https://xalqcebhesi.az/media/2025/02/13/225x136/476329611_1423735718587706_1084446152334295282_n.jpg)
![“Bu, tamamilə yeni üfüqlər yaradır”](https://xalqcebhesi.az/media/2025/02/13/225x136/476329611_1423735718587706_1084446152334295282_n.jpg)
Daxili İşlər Nazirliyinin Daxili Qoşunları ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi arasında 2025-ci il üçün birgə Tədbirlər Planı imzalanıb.
Birgə Tədbirlər Planına əsasən, Daxili Qoşunların hərbi hissələrində milli birliyi və həmrəyliyi gücləndirmək, xalqımızın milli-mənəvi və mədəni dəyərlərinə bağlılığı artırmaq məqsədilə milli-mənəvi dəyərlərin qorunması, dini inancların Azərbaycan xalqının adət-ənənələri ilə ahəngdar şəkildə inkişafı, eyni zamanda dövlət-din münasibətlərinin mahiyyətini izah edən tədbirlərin keçirilməsi nəzərdə tutulmuşdur.
Həmçinin cari il ərzində hərbçilər arasında tolerantlıq və multikultural dəyərlərin təbliği, dinlər, məzhəblər arasında dialoqun əhəmiyyəti, dini radikalizm, ekstremizmin təzahür formaları və təhlükələri, bunlardan qorunma yolları barədə maarifləndirici tədbirlər təşkil olunacaq.
Cavid