Tibb Hüququ Komitəsi təsis edilib Hadisə

Tibb Hüququ Komitəsi təsis edilib

Azərbaycan Könüllü Həkimlər Assosiasiyası (AKHA) tibb hüququ sahəsində maarifləndirmə, həkim və pasiyent hüquqlarının müdafiəsi, tibbi xidmətlərin hüquqi tənzimlənməsi istiqamətində fəaliyyət göstərmək üçün Tibb Hüququ Komitəsini təsis edib.
AKHA-dan xalqcəbhəsi.az-a verilən məlumata görə, Komitəyə AR Vəkillər Kollegiyasının üzvü, Nota Bene Consulting MMC-nin rəhbəri Roman Qaraşov sədr təyin edilib. Komitənin əsas məqsədləri arasında həkimlərin və pasiyentlərin hüquqlarının qorunması, tibbi səhvlərlə bağlı hüquqi mexanizmlərin hazırlanması, beynəlxalq tibbi hüquq sənədlərinin tətbiqi və maarifləndirmə işlərinin aparılması yer alır.

AKHA sədri Oktay Mehtiyev vurğulayıb ki, Komitə səhiyyə və hüquq sahəsində mühüm dəyişikliklərə təkan verəcək.