Külli miqdarda rüşvət almaqda təqsirləndirilən məktəb direktorunun məhkəməsi başlayıb Hadisə

Külli miqdarda rüşvət almaqda təqsirləndirilən məktəb direktorunun məhkəməsi başlayıb

Külli miqdarda rüşvət almaqda təqsirləndirilən keçmiş məktəb direktoru Fəxrəddin Həsənovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

APA xəbər verir ki, Şəki Ağır Cinayətlər Məhkəməsində hakim Xaliq Məmmədovun sədrliyi ilə keçirilən prosesdə anket məlumatları dəqiqiləşdirilib.

Cinayət işi məhkəmə baxışına verilib.

Məhkəmənin baxış iclası fevralın 27-nə təyin olunub.

Xatırladaq ki, Fəxrəddin Həsənov Ağsu rayonu S.Mikayılov adına tam orta məktəbin direktoru vəzifəsində çalışıb. Ona Cinayət Məcəlləsinin 311.3.3-cü (rüşvət alma-külli miqdarda törədildikdə) maddəsi ilə ittiham elan edilib.