![“Bu, tamamilə yeni üfüqlər yaradır”](https://xalqcebhesi.az/media/2025/02/13/225x136/476329611_1423735718587706_1084446152334295282_n.jpg)
![“Bu, tamamilə yeni üfüqlər yaradır”](https://xalqcebhesi.az/media/2025/02/13/225x136/476329611_1423735718587706_1084446152334295282_n.jpg)
“Turan” İnformasiya Agentliyi fəaliyyətini dayandırıb.
APA xəbər verir ki, bu barədə “Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyev agentliyin kollektivi adından müraciətində bildirib.
Mehman Əliyev qeyd edib ki, daimi maliyyə çətinlikləri səbəbindən informasiya fəaliyyətini hazırkı formatda davam etdirmək mümkün deyil.
“Davam etmək üçün zəruri resursları təmin etmək yolunda dayanmadan göstərdiyimiz səylərə baxmayaraq, bizi uzun illər təqib edən maliyyə çətinlikləri nəhayət agentliyin fəaliyyətini mövcud formatda dayandırmaq barədə ağır qərar qəbul etməyə məcbur etdi.
Bu, bizim missiyamızın sonu deyil, əksinə, yeni bir inkişaf mərhələsidir. İnformasiya məkanı sürətlə dəyişir və biz də bu dəyişikliklərə uyğunlaşmağın vacibliyini anlayırıq. Qarşıdakı aylarda biz xəbər yayımı ilə yanaşı, dünyanın, regionun və ölkəmizin proseslərini təhlil edən, əsas problemləri müəyyən edib həll yolları təklif edən yeni bir format üzərində işləyəcəyik”, - deyə müraciətdə vurğulanıb.
Qeyd edək ki, "Turan" İnformasiya Agentliyi 1990-cı ildə yaradılıb.