![Bayramov Hakan Fidanla görüşdü](https://xalqcebhesi.az/media/2025/02/15/225x136/fidan-bayramov.jpg)
![Bayramov Hakan Fidanla görüşdü](https://xalqcebhesi.az/media/2025/02/15/225x136/fidan-bayramov.jpg)
Fevralın 16-da gözlənilən hava şəraiti açıqlanıb.
Mülayim cənub-qərb küləyi arabir güclənəcək. Milli Hidrometeorologiya Xidmətindən APA-ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Bakıda və Abşeron yarımadasında hava necə olacaq?
Gecə temperaturu: 1-6° isti
Gündüz temperaturu: 9-14° isti
Atmosfer təzyiqi: 762 mm civə sütunu təşkil edəcək.
Nisbi rütubət: gecə 75-85 %, gündüz 60-70 % olacaq.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.
Azərbaycanın rayonlarında hava necə olacaq?
Gecə temperaturu 2° şaxtadan 3°-dək isti
Gündüz temperaturu 11-16° isti
Dağlıq rayonlarda gecə temperaturu 5-10°şaxta, yüksək dağlıq ərazilərdə 13-18° şaxta
Gündüz temperature 0-5° şaxta olacaq.
Yollarda buzlanma gözlənilir
Gecə və səhər bəzi dağlıq rayonlarda yolların buz bağlama ehtimalı var.