![Leyla Əliyeva babasını bu sözlərlə təbrik etdi](https://xalqcebhesi.az/media/2025/02/15/225x136/leyla-aliyeva-110314.jpg)
![Leyla Əliyeva babasını bu sözlərlə təbrik etdi](https://xalqcebhesi.az/media/2025/02/15/225x136/leyla-aliyeva-110314.jpg)
DYP dağlıq və dağətəyi rayonlarda yolların buz bağlama ehtimalı ilə bağlı sürücülərə müraciət edib.
Bu barədə APA-ya Baş DYP İdarəsinin Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Baş DYP İdarəsinin Mətbuat YPX Alayının əməkdaşları ötən gün axşam saatlarından başlayaraq yol təsərrüfatı işçiləri ilə birgə respublika əhəmiyyətli avtomobil yollarının keçdiyi dağlıq ərazilərdə zəruri işlər həyata keçirir, sürücülərlə profilaktik söhbətlər aparır, onlara yollardakı mövcud vəziyyətlə bağlı məlumat verir.
Baş Dövlət Yol Polisi İdarəsi bir daha sürücülərə müraciət edərək onlardan hava şəraitini düzgün qiymətləndirməyi, dağlıq və dağətəyi bölgələrə səfərlər zamanı zəruri ehtiyyat tədbirləri görməyi xahiş edir.