Bakı–Quba yolunda ağır qəza: 4 pakistanlı yaralandı Hadisə

Bakı–Quba yolunda ağır qəza: 4 pakistanlı yaralandı

Bakı–Quba yolunda dörd əcnəbi vətəndaşın yaralanması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Xalqcebhesi.az Report-a istinadən xəbər verir ki, qəza yolun Xızı rayonundan keçən hissəsində qeydə alınıb.

2 maşının toqquşması nəticəsində 4 Pakistan vətəndaşı xəsarət alıb.

Yaralılar dərhal Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.