
Ukrayna çıxılmaz durumda: çıxış yolu varmı?
19 Fevral 23:07
19 Fevral 23:07
19 Fevral 10:32
18 Fevral 21:34
18:34
Goranboyda qumbara partlayıb.
Xalqcebhesi.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Qarasüleymanlı kəndində qeydə alınıb.
Qarasüleymanlı kəndində yaşayan 1957-ci il təvəllüdlü Zakir Mayıl oğlu Namazov gəlini, 1986-cı il təvəllüdlü Vəfa Şükür qızı Aslanova ilə ailə münaqişəsi zəminində mübahisə edib və ona doğru əl qumbarasını atıb.
Zərərçəkmiş şəxs xəstəxanaya yerləşdirib, vəziyyəti qənaətbəxşdir.
Faktla bağlı Goranboy rayon prokurorluğunda araşdırma aparılır.
Zakir İsmayılov iş üzrə şübhəli şəxs qismində saxlanılıb.
***
Goranboy rayonunun Qarasüleymanlı kəndində baş verən hadisənin bəzi təfərrüatları məlum olub.
Bildirilib ki, gəlininin həyətinə qumbara atan 1957-ci il təvəllüdlü Namazov Zakir Mayıl oğlunun psixoloji problemləri olub. Belə ki, o partlayıcını səbəbsiz yerə həyətə atıb.
Qeyd edək ki, hadisə zamanı qadınla yanaşı onun qayınanası və uşaqları da həyətdə olublar.
Hadisə nəticəsində xəsarət alan 1986-cı il təvəllüdlü Aslanova Vəfa Şükür qızı Goranboy Mərkəzi Rayon Xəstəxanasının Cərrahiyyə Şöbəsinə yerləşdirilib, vəziyyəti kafi qiymətləndirilir.