Göyçədə ZİL qayalara çırpıldı və aşdı: erməni hərbçilər… Hadisə

Göyçədə ZİL qayalara çırpıldı və aşdı: erməni hərbçilər…

Ermənistanın Göyçə mahalında “Zil 131” markalı yük maşını yolun hərəkət hissəsindən çıxaraq qayalara çırpılıb və aşıb.

Xalqcebhesi.az Globalinfo.az-a istinadən xəbər verir ki, qəza nəticəsində yük maşınının sürücüsü hadisə yerində ölüb, 1 nəfər xəsarət alıb.

Əraziyə yaxınlıqdakı hərbi hissənin yüksək rütbəli və vəzifəli hərbçiləri gəlib.

Qeyd edək ki, ölən və yaralanan şəxslərin hərbçi olduğu bildirilir.