
Kadırovun AZAL ekipajını təltifinə Bakıdan reaksiya
27 Fevral 21:46
27 Fevral 21:46
27 Fevral 17:09
27 Fevral 17:04
26 Fevral 23:25
Məşhur rusiyalı stilist Vlad Lisovetsdə xərçəngin ağır forması aşkarlanıb.
Xalqcebhesi.az Oxu.az-a istinadən xəbər verir ki, 52 yaşlı stilist xərçəng xəstəliyi barədə 2024-cü ilin payızında xəbər tutub və şiş əleyhinə kimyaterapiya kursuna başlayıb, lakin müalicə nəticə verməyib.
İndi həkimlər terapiyanın necə davam etdirilməsini təyin etmək üçün konsilium çağırmağa hazırlaşırlar. Lakin jurnalistlərin bildirdiklərinə görə, məşhur stilistin xəstəliyi ölümcül kimi qəbul edilə bilər.
Qeyd edək ki, Vlad Lisovets 1972-ci ildə Bakıda anadan olub və Bakıda böyüyüb, 1994-cü ildə Moskvaya köçüb. "Ostankino" televiziya mərkəzində işləyib, "Aqata Kristi", "Blestyaşşiye" kimi tanınmış qruplarda stilist kimi fəaliyyət göstərib, həmçinin Anita Tsoy, Janna Friske, Valeri Leontyev, İrina Ponarovskaya, Avraam Russo və bir çox sənətçilərlə işləyib, dəfələrlə dəb nümayişlərində çalışıb.