
Biz Azərbaycanla dostluğu... - Rusiyalı nazir
20 Fevral 22:50
20 Fevral 22:50
20 Fevral 22:03
20 Fevral 17:26
20 Fevral 17:25
13:42
Bu gün saat 08:50-də yerinə yetirilməli olan AZAL aviaşirkətinin J2 8230 nömrəli Tiflis-Bakı reysi təxirə salınıb.
Xalqcebhesi.az Teleqraf-a istinadla xəbər verir ki, bu barədə Tiflis aeroportunun məlumatında bildirilib.
Məlumata əsasən, reys bu gün saat 18:00-a təyin olunub.
Reysin təxirə salınmasının səbəbi açıqlanmır.
***
Azərbaycan Hava Yolları (AZAL) QSC-nin J2-8230 nömrəli Tiflis-Bakı reysi texniki səbəblərdən gecikir.
Bu barədə AZAL-dan bildirilib.
Məlumata görə, sərnişinlər aviaşirkətin qaydalarına uyğun olaraq bütün zəruri vasitələrlə təmin olunurlar.
Əlavə suallar yaranarsa, sərnişinlər [email protected] elektron poçt ünvanı vasitəsilə aviaşirkətə müraciət edə bilərlər.
"AZAL üçün uçuşların təhlükəsizliyinin bir nömrəli prioritet olduğunu və yaranmış narahatlığa görə üzrxahlığımızı bildiririk", - deyə aviaşirkət bəyan edib.
***
Bu gün texniki səbəblərə görə təxirə salınan AZAL-ın J2 8230 nömrəli reysinin təyyarəsi Tiflisdən Bakıya istiqamət götürüb.
Teleqraf xəbər verir ki, təyyarə Tiflis aeroportundan saat 20:15-də havaya qalxıb.