AZAL-ın qəzaya uğrayan təyyarəsi ilə bağlı yekun hesabat dekabra qədər təqdim ediləcək Hadisə

AZAL-ın qəzaya uğrayan təyyarəsi ilə bağlı yekun hesabat dekabra qədər təqdim ediləcək

AZAL təyyarəsinin Aktau yaxınlığında qəzaya uğramasının araşdırılmasına dair yekun hesabat 2025-ci ilin dekabrına qədər tamamlanacaq.

APA xəbər verir ki, bu barədə Qazaxıstanın nəqliyyat nazirinin müavini Talqat Lastayev brifinqdə bildirib.

"ICAO-nun (Beynəlxalq Mülki Aviasiya Təşkilatı ) tövsiyə olunan təcrübəsinin tələblərinə və standartlarına uyğun olaraq təhqiqat üzrə yekun hesabat bu ilin dekabr ayına qədər tamamlanmalıdır", - o vurğulayıb.