Füzulidə avtomobil traktorla toqquşub, azyaşlı ölüb Hadisə

Füzulidə avtomobil traktorla toqquşub, azyaşlı ölüb

Füzuli rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə rayonun Alxanlı kəndində qeydə alınıb.
1997-ci il təvəllüdlü Xəyyam Məmmədovun idarə etdiyi “Mercedes Benz” markalı avtomobillə 1997-ci il təvəllüdlü Əmrah Məhərrəmovun idarə etdiyi “Belarus 892” markalı traktor toqquşub.

Hadisə nəticəsində “Mercedes Benz”də olan sərnişin 2023-cü il təvəllüdlü Rəşad Məmmədov xəsarət alıb. O, xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırılma aparılır.