Bir ildə sərxoş halda maşın sürmək nəticəsində 10 nəfər ölüb Hadisə

Bir ildə sərxoş halda maşın sürmək nəticəsində 10 nəfər ölüb

Ötən il nəqliyyat vasitələrinin sərxoş vəziyyətdə idarə olunması səbəbindən ölümlə və ya bədən xəsarəti alınması ilə nəticələnən 19 hadisə baş verib.

Bu barədə Dövlət Statistika Komitəsinin məlumatında deyilir.

Nəticədə 10 nəfər həlak olub, 15 nəfər yaralanıb. Hadisələrin 16-sı minik avtomobillərinin sürücüləri tərəfindən törədilib.