

20 Fevral 22:50
20 Fevral 22:03
20 Fevral 17:26
2025-ci ilin yanvar ayı ərzində hüquq mühafizə orqanları tərəfindən narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 685 cinayət faktı aşkarlanıb.
APA xəbər verir ki, bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupun məlumatında deyilir.
Məlumata görə, onlardan 179-u narkotik vasitələrin qanunsuz satışı, 505-i narkotik vasitələrin qanunsuz əldə edilib saxlanılması, 1-i bu kateqoriyadan olan digər cinayətlərlə bağlı olub.
Aşkarlanmış faktlar üzrə qanunsuz dövriyyədən ümumilikdə müsadirə olunmuş 750 kq 328,026 qram narkotik vasitələrin və psixotrop maddələrin 681 kq 035,96 qramını marixuana, 28 kq 335,05 qramını heroin, 13 kq 146,382 qramını tiryək, 9 kq 230,5 qramını həşiş, 3kq 621,6 qramını digər narkotik vasitələr və 14 kq 958,534 qramını psixotrop maddələr təşkil edib. Həmçinin, göstərilən dövr ərzində 1475 ədəd metadon qanunsuz dövriyyədən götürülüb.