

Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) tərəfindən mövcud hava şəraiti ilə əlaqədar paytaxtın bəzi yollarında sürət həddi azaldılıb.
Xalqcebhesi.az xəbər verir ki, Zığ dairəsi - Hava limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 40 km/saat, Heydər Əliyev prospekti, əsas yolda 10 km/saat, Mərdəkan şosesi və Buzovna-Zuğulba yolunda isə 20 km/saat endirilib.
Bununla yanaşı, bütün tablolarda "buzlu yol" işarəsi qoyulub.
Sürücülərdən yolda müəyyən olunan sürət həddinə əməl etmələri xahiş edilir.