.jpg)
Ermənistan təmas xəttindən çox uzaqlarda mina yerləşdirib
21 Fevral 22:41
21 Fevral 22:41
21 Fevral 21:36
21 Fevral 16:48
Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə narkotik vasitələrin satışını təşkil edən, əvvəllər də dəfələrlə məhkum olunmuş Nurlan Aqdamifar saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan APA-ya bildirilib ki, ondan 300 qram marixuana və rayon ərazisindəki meşəlikdə gizlətdiyi 1 kiloqram 450 qram heroin aşkar olunub. Saxlanılan şəxs narkotik vasitələri pul qarşılığında paytaxtdan Ağdaşa gətirdiyini və burada satışını planlaşdırdığını bildirib. Araşdırmalarla onun bir neçə gün əvvəl mikroavtobusdan akkumulyator oğurladığı da müəyyən edilib.
Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə N.Aqdamifari barəsində həbs qətimkan tədbiri seçilib.