Əməyin Mühafizəsi Fondundan Əməyin Mühafizəsi Mərkəzinin saxlanılmasına vəsait ayrılacaq Hadisə

Əməyin Mühafizəsi Fondundan Əməyin Mühafizəsi Mərkəzinin saxlanılmasına vəsait ayrılacaq

Dövlət Əməyin Mühafizəsi Fondunun Əsasnaməsinə dəyişiklik edilib.

APA xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, Fondun vəsaitindən istifadə ediləcək istiqamətlər artırılıb.

Belə ki, Fondun vəsaitindən Nazirlik yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin tabeliyində “Əməyin Mühafizəsi Mərkəzi” publik hüquqi şəxsin saxlanma xərcləri və fəaliyyətinin maliyyələşdirilməsinə də yönəldiləcək.