Qarabağda mina partlayışı: İmanovun ayağı amputasiya olundu Hadisə

Qarabağda mina partlayışı: İmanovun ayağı amputasiya olundu

19:12

İşğaldan azad olunmuş ərazidə mina hadisəsi baş verib.

Xalqcebhesi.az APA-ya istinadən xəbər verir ki, Qarabağ müharibəsi iştirakçısı, "Azərbaycan Bayrağı Ordeni" ilə təltif edilmiş Nağı İmanov mina partlayışı nəticəsində xəsarət alıb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və təcili tibbi yardım heyəti cəlb edilib.

Onun səhhəti ilə bağlı hələlik dəqiq məlumat yoxdur.

***

Minaya düşən şəxs təcili tibbi yardım heyyəti tərəfindən partlayış baş verən ərazidən götürülüb.

Hazırda o, Bərdə Diaqnostika Mərkəzinə aparılır.

Qeyd edək ki, əslən Ağdərə rayon Sırxavənd kəndindən olan N.İmanov silahlı qüvvələrin ehtiyata buraxılmış giziridir.

Bundan başqa Qarabağ müharibəsinin ilk illərində ermənilər onun atasını və qardaşını faciəvi şəkildə qətlə yetiriblər.

***

Xocalıda piyada əleyhinə minaya düşərək xəsarət alan Qarabağ müharibəsinin iştirakçısı Nağı İmanov Bərdə Müalicə Diaqnostika Mərkəzi hospitalizasiya olunub.

Onun vəziyyətinin ağır olduğu bildirilir.

***

Xocalıda minaya düşən Nağı İmanovun sağ ayağı topuqdan aşağı amputasiya olunub.

Bu barədə Trend-ə yaralanan şəxsin yerləşdirildiyi Bərdə Diaqnostika Mərkəzindən məlumat verilib.

Bildirilib ki, N.İmanovun həyatı təhlükəsi yoxdur.

Faktla bağlı araşdırma davam etdirilir.