
ABŞ ərəb ölkəsini hədələdi: Türkiyə vasitəsi ilə…
22 Fevral 21:29
22 Fevral 21:29
22 Fevral 18:46
22 Fevral 17:49
22 Fevral 14:07
Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Şamaxı və Qobustan rayonlarından keçən hissəsi qardan və buz qatından təmizlənib. Paralel olaraq, Şamaxı-Pirqulu avtomobil yolunda da işlər aparılır və yaranmış çətinliklər aradan qaldırılıb.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə danışan 19 nömrəli Xüsusi Təyinatlı Yol İstismarı MMC-nin direktoru Nazim Eynallı gecəli-gündüz növbəli şəkildə bütün işçi heyəti və texnikaların yolları qardan təmizlədiyini bildirib.
Qeyd edək ki, fevralın 20-si səhər saatlarından etibarən Qobustan və Şamaxı rayonları ərazisinə yağan qar axşam saatlarında daha da intensivləşib. Bunun nəticəsində Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 105-120-ci kilometrliyində buzlaşma yaranıb.