
Sabah bu universitetlərdə dərslər onlayn olacaq
23 Fevral 23:04
23 Fevral 23:04
23 Fevral 18:22
Xaçmaz rayonu Qarabağlı kəndində qanunsuz ağac kəsintisi faktı aşkar edilib.
Bu barədə Xalqcebhesi.az-a Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən daxil olan məlumatda bildirilir.
Dövlət Ekoloji Təhlükəsizlik Xidməti və Xaçmaz rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı ağacların Qarabağlı kənd sakini Qafar Ağayevə məxsus pay torpağının kənarında kəsildiyi müəyyən olunub.
Faktla bağlı akt tərtib edilib. Təbiətə dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından toplanmış materiallar hüquq-mühafizə orqanlarına göndərilməsi üçün hazırlanır.