

Sumqayıtda 46 yaşlı kişi baltalanıb.
APA xəbər verir ki, hadisə şəhərin “Qurd dərəsi” bağları ərazisində qeydə alınıb.
1972-ci il təvəllüdlü Nağı Eyvaz oğlu Qasımov aralarında baş vermiş münaqişə zəminində 1979-cu il təvəllüdlü Ramin Bahadur oğlu Quliyevə balta ilə xəsarət yetirib.
Yaralı dərhal xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.