

Bakının Qaradağ rayonunda yanğın olub.
FHN-in mətbuat Xidmətindən Xalqcebhesi.az-a bildirilib ki, hadisə "Qobu Park-2" yaşayış massivi 13-cü yaşayış binasının mənzilində baş verib.
Əraziyə FHN-in Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə Xidmətlərinin qüvvələri cəlb olunub.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın qısa müddətdə söndürülüb.