

Lerik Rayon Polis Şöbəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı növbəti əməliyyat həyata keçirib.
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan APA-ya verilən məlumata görə, əvvəllər məhkum olunmuş 48 yaşlı Səbuhi Şahbazov saxlanılıb və həmin şəxsdən 10 kiloqram marixuana aşkarlanıb.
Faktla bağlı cinayət işi başlanılıb, S.Şahbazov barəsində həbs qətimkan tədbiri seçilib.
Araşdırma aparılır.