

Niderlandın Haaqa şəhərində Xocalı faciəsindən bəhs edən kitabların təqdimatı olub.
APA-nın xəbərinə görə, Xocalı sakini, ailə üzvlərini Xocalı faciəsində itirmiş jurnalist, yazıçı-publisist Səriyyə Müslümqızının “Onlar heç zaman böyüməyəcəklər” (Ze werden nooit volwassen “) və “Xocalıdan gələn var” (Geesten uit Khojaly) adlı kitabları holland dilində təqdim edilib.
Yazıçı Henri van Rens təfəfindən tərcümə olunmuş, Xocalıda həyatını itirən qadınlar və uşaqların ölüm anını təsvir edən kitab, iştirakçılar tərəfindən maraqla qarşılanıb.
Müəllif, 32 ildən sonra Xocalıya qayıdan Səriyyə Müslümqızı çıxışında bildirib ki, ədalətin ocağı sayılan Niderland, Xocalı soyqırımının ədalətli həlli, bu qətliamı törədənlərin cəzalanmasını təmin etməlidir.
Uzun illər həsrətində olduğu Xocalıya, bu gün yenidən həyatın qayıdıtdığından danışan müəllif bundan sonra bir daha belə məşəqqətlər görmək istəmədiyini vurğulayıb.
Xocalı Soyqırımının 33-cü ildönümü ilə bağlı Niderland Krallığında anım mərasimi də keçirilib.
Haaqa şəhərində Xocalı faciəsi qurbanlarının xatirəsini əbədiləşdirən abidə ziyarət olunub.
Xocalı qurbanları, vətən uğrunda şəhid olmuş qəhrəmanların xatirəsi bir dəqiqəlik sükutla anılıb.