

Heydər Əliyev prospektində abonentləri içməli su ilə təmin edən magistral xətdə baş verən qəza aradan qaldırılıb.
"APA-Economics" xəbər verir ki, bu barədə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin mətbuat katibi Ceyhun Musaoğlu deyib. O bildirib ki, təmir işlərinə dünəndən başlanılıb.
"Əməkdaşlarımızın peşəkarlığı sayəsində problem günün birinci yarısı həll olundu", - deyə C. Musaoğlu əlavə edib.
Qeyd edək ki, dünən Heydər Əliyev prospektində magistral su xəttində baş verən qəza nəticəsində Bakının Nərimanov rayonunun bəzi ərazilərində içməli suyun verilməsində fasilə yaranıb.