Çətin həyat şəraitində olan şəxslərin necə müəyyənləşdirildiyinə aydınlıq gətirilib Hadisə

Çətin həyat şəraitində olan şəxslərin necə müəyyənləşdirildiyinə aydınlıq gətirilib

Çətin həyat şəraitində olan şəxslərin necə müəyyənləşdirildiyinə aydınlıq gətirilib.

APA xəbər verir ki, bu barədə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Sosial təminat siyasəti şöbəsinin müdiri Babək Hüseynov məlumat verib.

“Kifayət qədər imkanlı ailələrdə çətin həyat şəraitində olan şəxslər var. Xidmətlərin 90 %-dən çoxu elektronlaşdırılıb. Ona görə də çətin həyat şəraitində yaşayan insanları proaktiv qaydada təyin etmək mümkün olmur. Bəzi hallarda tənha yaşayan ailədə də bu kimi kateqoriyada yaşayan şəxslər olur. Ona görə bu şəraitə düşən şəxslərin bizə müraciət etməsi lazımdır. Sosial Xidmətlər Agentliyinin hər bir iqtisadi rayonda filialı və nümayəndəliyi var. Bəzi məlumatlar təəssüf ki hələ də elektron sistemdə yoxdur”, - deyə Babək Hüseynov bildirib.