Masazırda fəaliyyət göstərən ət satışı məntəqəsində nöqsanlar aşkarlandı Hadisə

Masazırda fəaliyyət göstərən ət satışı məntəqəsində nöqsanlar aşkarlandı

Agentliyin əməkdaşları tərəfindən aparılan monitorinq zamanı Abşeron rayonu, Masazır kəndi, Ə.Vahid küçəsində fəaliyyət göstərən fiziki şəxs Həsənov Nurəli Şükür oğluna məxsus ət satışı məntəqəsində satışa çıxarılan ətlərdən götürülmüş nümunələrin müayinəsi nəticəsində mal DNT-si ilə yanaşı, camış DNT-si də aşkarlanıb.

Məntəqədə keçirilmiş plandankənar yoxlama zamanı ətlərin baytarlıq sənədləri olmadan satışının həyata keçirildiyi müəyyən edilib.

Faktla bağlı fiziki şəxs inzibati məsuliyyətə cəlb olunub. Araşdırmalar davam etdirilir.