
Azərbaycan Pakistan üçün mühüm tərəfdaşdır
26 Fevral 23:25
26 Fevral 23:25
Bu gün Azərbaycanda 08:00-a olan faktiki hava açıqlanıb.
Bakı və Abşeron yarımadasının hava durumu
Milli Hidrometeorologiya Xidmətindən APA-ya verilən məlumatına əsasən ölkə ərazisinin bəzi yerlərində, eyni zamanda Bakıda və Abşeron yarımadasında qar yağır.
Rayonlarda hava necədir?
Qar örtüyünün hündürlüyü Qaxda (Sarıbaş) 59, Altıağac, Şəkidə 31, Qəbələdə 28, Qubada 25, Xaltanda 20, Zaqatalada 18, Şahdağda 17, Şahbuz və Oğuzda 16, Daşkəsəndə 15, Qobustan, Qusarda 10, Kəlbəcər, Mingəçevir, Şabran və Gədəbəydə 8, Laçın, Qubadlı, Şuşa və Balakəndə 7, Xankəndı, Füzuli, Xocalı, Göyçay, Yevlax, Tərtər, Naftalan, Kürdəmir, Sabirabad, Neftçala, Bərdədə 5, Bakıda və Abşeron yarımadasında isə 12 sm-dir.
Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 3, Aran rayonlarında 2, Naxçıvan MR-da 11, dağlıq rayonlarda 19 dərəcəyədək şaxta qeydə alınıb.
Yağıntılar fevralın 27-si gündüz saatlarından tədricən kəsiləcək.