
Azərbaycan Pakistan üçün mühüm tərəfdaşdır
26 Fevral 23:25
26 Fevral 23:25
Ölkənin aparıcı qiymətləndirmə şirkəti beynəlxalq əlaqələrini genişləndirir
Azərbaycanın aparıcı qiymətləndirmə şirkəti “Vecon Consulting” MMC ilə Ukraynanın nüfuzlu qiymətləndirmə müəssisələrindən olan “Uvecon” Şirkətlər Qrupu arasında əməkdaşlıq və qarşılıqlı münasibətlər haqqında müqavilə imzalanıb.
Müqavilənin mövzusu hər iki şirkət arasında tərəfdaşlıq əlaqələrinin qurulması, uzunmüddətli, səmərəli əməkdaşlığın inkişafı, qiymətləndirmə fəaliyyətində tərəflərin üzvlərinin peşəkar maraqlarının təmin edilməsidir.
Sənədə əsasən, tərəflər qiymətləndirmə sahəsində müxtəlif layihələrin təşviqi və həyata keçirilməsinə dəstək, qiymətləndirmə fəaliyyəti üzrə məlumat mübadiləsi, qiymətləndirmə və əlaqəli sahələr üzrə elmi, praktiki və işgüzar konfransların, forumların, seminarların təşkili istiqamətlərində birgə fəaliyyətlər həyata keçirəcəklər.
Qeyd edək ki, “Uvekon” şirkətlər qrupu 1992-ci ildə yaradılıb. Müəssisənin tərkibində Ukraynanın bütün bölgələrində filial və nümayəndəlikləri olan 5 şirkət fəaliyyət göstərir. “Uvecon” Avropa və Amerika ölkələrində ciddi korporativ müştəri bazasına sahibdir. Şirkətin rəhbəri Volodimir Şalaev Ukrayna Qiymətləndiricilər Cəmiyyətinin sədr müavinidir.
Azərbaycan qiymətləndirmə bazarının əsas iştirakçılardan olan "Vecon Consulting" şirkəti beynəlxalq əməkdaşlıqlara da xüsusi önəm verir. Şirkət Rusiyanın "JSC International Valuation Centre" və qardaş Türkiyənin EVA Gayrimenkul Degerleme şirkətlərinin ölkəmizdəki partnyorudur.
“Vecon Consulting” şirkəti Bakıda və Azərbaycanın rayonlarında minlərlə daşınmaz əmlak obyekti, avadanlıq, texnika və nəqliyyat vasitələri, habelə, hava və su nəqliyyat nümunələrinin beynəlxalq standartlara tam uyğun şəkildə qiymətləndirilməsi üzrə ixtisaslaşıb. DİM tərəfindən keçirilmiş imtahanlarda şirkətin 6 mütəxəssisi müxtəlif istiqamətlər üzrə Şəhadətnaməyə layiq görülüb. Şirkətin təsisçisi və direktoru Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri, Türk Dövlətləri Qiymətləndiricilər Birlikləri Şurasının(CAATS) prezidenti, tanınmış iqtisadçı ekspert Vüqar Orucdur.
Cavid