

2024-cü ildə Gürcüstandan 71 Azərbaycan vətəndaşı deportasiya edilib.
APA-nın Tbilisi müxbiri xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin məlumatında qeyd olunub.
Bildirilib ki, deportasiya edilən Azərbaycan vətəndaşlarından 36-sı (25 oğlan, 11 qız) yetkinlik yaşına çatmayanlar olub. Ümumilikdə ötən il Gürcüstandan ən çox Azərbaycan vətəndaşları deportasiya edilib. Hesabat dövründə Gürcüstandan 10 Əlcəzayir, 18 Misir, 18 İraq, 33 Hindistan, 54 İran, 31 nigeriya, 10 Pakistan, 10 Rusiya olmaqla ümumilikdə 363 əcnəbi deportasiya edilib.