Axtarışda olan şəxs Türkiyəyə gedən maşında gizlənərək sərhədi keçməyə cəhd edib - FOTO Hadisə

Axtarışda olan şəxs Türkiyəyə gedən maşında gizlənərək sərhədi keçməyə cəhd edib  - FOTO

Azərbaycan dövlət sərhədini qanunsuz keçməyə cəhd göstərən şəxs saxlanılıb.

APA xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidməti və Dövlət Gömrük Komitəsinin birgə məlumatında deyilir.

Məlumata görə, fevralın 26-da saat 23:04-də Sərhəd Nəzarəti Komandanlığının "Sədərək" dövlət sərhədindən buraxılış məntəqəsində dövlət sərhədini qanunsuz keçməyə cəhd göstərən şəxs saxlanılıb.

Dövlət Sərhəd Xidməti və Dövlət Gömrük Komitəsinin əməkdaşları tərəfindən Azərbaycandan Türkiyə Respublikası istiqamətinə hərəkətdə olan 1982-ci il təvəllüdlü İsmayılov Müseyib Ramiz oğlunun idarə etdiyi "Mercedes" markalı minik avtomobilinə baxış zamanı əvvəlcədən hazırlanmış saxlanc yerində gizlənən Azərbaycan Respublikası vətəndaşı – 1988-ci il təvəllüdlü Gözəlov Nicat Ehtiram oğlu aşkarlanıb.

Araşdırma zamanı saxlanılan şəxsin hüquq-mühafizə orqanları tərəfindən axtarışda olduğu müəyyən edilib.

Faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Axtarışda olan şəxs Türkiyəyə gedən maşında gizlənərək sərhədi keçməyə cəhd edib - FOTO Axtarışda olan şəxs Türkiyəyə gedən maşında gizlənərək sərhədi keçməyə cəhd edib - FOTO Axtarışda olan şəxs Türkiyəyə gedən maşında gizlənərək sərhədi keçməyə cəhd edib - FOTO Axtarışda olan şəxs Türkiyəyə gedən maşında gizlənərək sərhədi keçməyə cəhd edib - FOTO