
Kadırovun AZAL ekipajını təltifinə Bakıdan reaksiya
27 Fevral 21:46
27 Fevral 21:46
27 Fevral 17:09
27 Fevral 17:04
26 Fevral 23:25
Qazaxıstanın Almatı şəhərində baş verən kuryoz hadisə barədə “Rostov azərbaycanlıları” səhifəsi məlumat yayıb.
Xalqcebhesi.az xəbər verir ki, lənkəranlı Pərviz Aydın oğlu Dədəcanov küçədə gedərkən iki nəfərin yanında iki övladı olan qadına qarşı zorakılıq etdiyini, onu qarət etməyə çalışdığını görüb. Qadının köməyinə çatan P.Dədəcanov sözügedən şəxslərlə dava edib.
P.Dədəcanov qadını və uşaqlarını xilas edib, hadisə yerinə isə polis və təcili yardım briqadası gəlib. Məlum olub ki, hücum edən iki nəfər erməni əsillidir. Onlar üzlərinin əzilməsi və çənələrinin qırılması diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
P.Dədəcanovu isə polis saxlayıb. Hadisə araşdırıldıqdan və lənkəranlı gəncin qadını və uşaqları xilas etdiyi üzə çıxandan sonra o, azadlığa buraxılıb.
Qeyd edək ki, hadisə 10 gün öncə baş verib.