Bakıda iş adamının maşınından 124 min belə oğurlandı - Video Hadisə

Bakıda iş adamının maşınından 124 min belə oğurlandı - Video

10:37

Bakıda avtomobildən 124 min pul oğurlamaqda şübhəli bilinən şəxs tutulub.

Bu barədə Xalqcebhesi.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Nərimanov rayonunda zərərçəkən paytaxt sakini polisə müraciət edərək gecə saatlarında avtomobilinin yük yerindən 90 min manat və 20 min dollar nağd pul vəsaitinin oğurlandığını bildirib.

Nərimanov Rayon Polis İdarəsi və 16-cı Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində hadisəni törədən, əvvəllər dəfələrlə məhkum edilmiş 52 yaşlı Fikrət Cəfərov saxlanılıb.

Onun cinayət əməli təhlükəsizlik kameraları vasitəsilə də anbaan lentə alınıb.

Faktla bağlı cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.