Hava şəraiti ilə bağlı bölgələrdə polis əməkdaşlarının gücləndirilmiş rejimdə fəaliyyəti davam edir Hadisə

Hava şəraiti ilə bağlı bölgələrdə polis əməkdaşlarının gücləndirilmiş rejimdə fəaliyyəti davam edir

Mövcud hava şəraiti ilə əlaqədar bölgələrdə polis əməkdaşları tərəfindən gücləndirilmiş rejimdə xidmət davam etdirilir

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan xalqcəbhəsi.az-a verilən məlumata görə, xüsusilə qarın daha çox yağdığı dağlıq və dağətəyi rayonlarda, magistral yollarda hərəkətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri tədbirlər görülür.

Həmçinin piyadaların rahat və təhlükəsiz şəraitdə mənzil başına çatmaları üçün lazımi köməklik göstərilir.