Model alışdı, dördotaqlı ev külə döndü Hadisə

Model alışdı, dördotaqlı ev külə döndü

Biləsuvar rayonunda fərdi yaşayış evində yanğın baş verib.

Xalqcebhesi.az Report-a istinadən xəbər verir ki, hadisə rayonun Bəydili kəndində, 1975-ci il təvəllüdlü Elşad Aydın oğlu Eyvazova məxsus birmərtəbəli 4 otaqlı evdə qeydə alınıb.

Hadisə yerinə Biləsuvar Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin əməkdaşları və texnikaları cəlb olunsa da, ev tamamilə yanıb.

Ev sahibinin sözlərinə görə, yanğın internet modeminin alışması nəticəsində baş verib.

Faktla bağlı araşdırma aparılır.