Vəkil Adəm Məmmədov həbs edilib Hadisə

Vəkil Adəm Məmmədov həbs edilib

Vəkil Adəm Məmmədov həbs edilib.

APA xəbər verir ki, bununla bağlı Nərimanov Rayon Məhkəməsi qərar verib.

Vəkil Asim Abbasovun APA-ya verdiyi məlumata görə, Adəm Məmmədov vəkil Ceyhun Yusifovun iddiası əsasında Cinayət Məcəlləsinin 147-ci (böhtan) və 148-ci (təhqir) maddələri ilə təqsirli bilinərək 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Bundan başqa, məhkəmə onun qardaşı Xəyyam Məmmədov barəsində qərar çıxarılıb. Məhkəmə onu 6 ay müddətinə islah işləri cəzasına məhkum edib.

Adəm Məmmədov və qardaşı Xəyyam Məmmədov barəsində vəkil Ceyhun Yusifov məhkəməyə xüsusi ittiham qaydasında ərizə ilə müraciət edib.

İttihama görə, Adəm Məmmədov və qardaşı özlərinə məxsus saytda Ceyhun Yusifovu ağır cinayətdə ittiham edib, ona böhtan atıblar.

Qeyd edək ki, Vəkillər Kollegiyası Rəyasət Heyətinin 27 yanvar tarixli qərarı ilə Adəm Məmmədovun fəaliyyəti 3 ay müddətə dayandırılıb.

Ceyhun Yusifovun fəaliyyəti isə 27 .11.2024 tarixdən 1 illik dayandırılıb.