

Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirilib.
Komissiyanın üzvü Rəşad Məcid APA-ya bildirib ki, iclasda 100-ə yaxın müraciətə baxılıb.
Onun sözlərinə görə, indiyə qədər 300-ə yaxın müraciət müzakirə olunub.
Komissiya işini növbəti həftələrdə davam etdirəcək.
Qeyd edək ki, komissiyanın iclaslarının nəzərdə tutulan əfvlə bağlı keçirildiyi bildirilir.