Şəkidə məktəbli intihar edib Hadisə

Şəkidə məktəbli intihar edib

Şəkidə intihar hadisəsi qeydə alınıb.

APA-nın Şimal-qərb bürosunun məlumatına görə, hadisə rayonun Aran kəndində baş verib.
Belə ki, kənd sakini 2011-ci il təvəlllüdlü Tofiq Məmmədovun meyiti yaşadığı ünvanda anbarda tavanın tirindən asılmış vəziyyətdə yaxınları tərəfindən aşkar edilib.

İlkin araşdırma zamanı məktəblinin intihar etdiyi məlum olub.

Faktla bağlı Şəki rayon prokurorluğunda araşdırma aparılır.