FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Bakı Beynəlxalq Avtovağzalında təlim keçirib - FOTO Hadisə

FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Bakı Beynəlxalq Avtovağzalında təlim keçirib  - FOTO

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti Bakı Beynəlxalq Avtovağzal Kompleksində yanğın-taktiki təlim keçirib.

Bu barədə APA-ya FHN-dən məlumat verilib.

Bildirilib ki, təlimin keçirilməsində əsas məqsəd yanğın zamanı əraziyə cəlb olunan yanğın-xilasetmə qüvvələrinin qarşılıqlı fəaliyyətinin daha da təkmilləşdirilməsi, bu kimi obyektlərdə mümkün yanğınların söndürülməsi və xilasetmə üzrə şəxsi heyətin peşəkar bacarıqlarının gücləndirilməsi, habelə obyektin aidiyyəti heyətinin yanğınlar zamanı ilkin davranış qaydaları barədə biliklərinin artırılması olub.

Təlim zamanı baş vermiş şərti yanğın yerinə operativ çatan FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri zərərçəkmişlərin “təhlükəli ərazidən” təxliyə edilməsi, “yanğın” yerində çevik kəşfiyyatın aparılması və “yanğının söndürülməsi” əməliyyatını yerinə yetiriblər.

Uğurla keçən təlimdən sonra nəticələr müzakirə olunub, müvafiq tapşırıqlar verilib.

FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Bakı Beynəlxalq Avtovağzalında təlim keçirib - FOTO FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Bakı Beynəlxalq Avtovağzalında təlim keçirib - FOTO FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Bakı Beynəlxalq Avtovağzalında təlim keçirib - FOTO FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Bakı Beynəlxalq Avtovağzalında təlim keçirib - FOTO FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Bakı Beynəlxalq Avtovağzalında təlim keçirib - FOTO FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Bakı Beynəlxalq Avtovağzalında təlim keçirib - FOTO FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Bakı Beynəlxalq Avtovağzalında təlim keçirib - FOTO FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Bakı Beynəlxalq Avtovağzalında təlim keçirib - FOTO FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Bakı Beynəlxalq Avtovağzalında təlim keçirib - FOTO FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Bakı Beynəlxalq Avtovağzalında təlim keçirib - FOTO FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Bakı Beynəlxalq Avtovağzalında təlim keçirib - FOTO